DİN: Ölkə ərazisində qeydə alınan 72 cinayətin açılması təmin olunub
Bakı, 2 sentyabr, AZƏRTAC
Sentyabrın 1-də ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 49, o cümlədən borclu şəxs qismində axtarılan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.
DSX: İki Əfqanıstan vətəndaşı dövlət sərhədini pozmağa cəhd göstərib
Sabunçu rayonunda ötən ay narkotikə görə 49 nəfər saxlanılıb VİDEO
Mağazalara daxil olaraq çoxsaylı oğurluq əməlləri törədən qadın saxlanılıb
Daxili İşlər Nazirliyi: Cinayət əməlində təqsirləndirilən narkotik aludəçisi ölüb
Xəzər rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 46 nəfər saxlanılıb VİDEO