×
A
A
A
Sazlamalar

Paytaxtın Tbilisi prospektində təmir işləri davam etdirilir

Bakı, 1 sentyabr, AZƏRTAC
Paytaxtın Yasamal rayonu ərazisində, Tbilisi prospektində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq aparılan təmir işləri sürətlə davam etdirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda təmir işləri sözügedən prospektin Abbasqulu ağa Bakıxanov küçəsindən Əbdülvahab Salamzadə küçəsi istiqaməti üzrə aparılır. Qeyd olunan hissənin uzunluğu 1630 metr təşkil edir.
Sözügedən istiqamət üzrə köhnə asfalt-beton örtüyünün frezlənərək kənara daşınması işləri icra olunub. Ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazırlıq aparılır.
Təmir işlərinin bir neçə gün ərzində icra olunaraq yekunlaşdırılması planlaşdırılır.
Qeyd olunub ki, prospektdə aparılan təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq əsasən gecə saatlarında və həftə sonları görülür. Zərurət yarandığı hallarda isə gecə saatlarında başlanılan təmir işlərinin icrası gündüz saatlarında da davam etdirilir.
Təmir işləri “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə və fasiləsiz olaraq həyata keçirilir. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub, zəruri hallarda isə ikinövbəli iş qrafiki tətbiq edilir.

Tikinti̇ 2022-09-01 17:48:00