×
A
A
A
Sazlamalar

Mənəvi Dəyərlərin Təbliği Fondu din xadimləri və dini icma sədrləri arasında müsabiqə elan edir

Bakı, 1 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu 8 Noyabr – Zəfər Günü münasibətilə ölkəmizdə fəaliyyət göstərən din xadimləri və dini icma sədrləri (İslam və qeyri-islam) arasında “Haqqın zəfəri” adlı müsabiqə elan edir.
AZƏRTAC xəbər verir ki, müsabiqəyə təqdim olunan materiallar aşağıdakı kateqoriyalar və istiqamətlər üzrə qəbul ediləcək.
Kateqoriyalar:
1. Məqalə (Arial 12 şrift, 1.5 aralıq, A4 vərəq, maksimum 3 səhifə)
2. Şeir (maksimum 7 bənd)
3. Hekayə (Arial 12 şrift, 1.5 aralıq, A4 vərəq, maksimum 3 səhifə)
İstiqamətlər:
1. Vətənpərvərlik və dini mənəvi dəyərlər
2. Azərbaycanda dini həmrəylik və birgəyaşayış ənənəsi
3. Tarixi-dini abidələr
4. Dövlətçiliyimizin möhkəmlənməsində mənəvi dəyərlərin rolu
5. Milli birliyimiz zəfərin təminatçısıdır
Müsabiqənin şərtləri:
1. Müsabiqədə iştirak etmək istəyən hər bir şəxs yalnız bir kateqoriya və bir istiqamət üzrə material təqdim edə bilər.
2. Müsabiqəyə təqdim edilən material müəllifin özünə məxsus olmalı, plagiat xarakteri daşımamalıdır.
Qeyd 1: Müsabiqədə iştirak etmək istəyən şəxslər hazırladıqları materialları Mənəvi Dəyərlərin Təbliği Fonduna aşağıdakı formalardan birini seçməklə təqdim edə bilər:
1) [email protected] elektron poçt ünvanına göndərməklə
2) elektron daşıyıcıda (disk, fləş-kart) birbaşa və ya poçt vasitəsilə
Qeyd 2: Müsabiqə materialları Fonda təqdim olunan zaman aşağıdakı məlumatlar mütləq qeyd edilməlidir:
1) Ad, soyad, ata adı
2) Əlaqə nömrəsi
3) Vəzifəsi göstərilməklə din xadimi kimi fəaliyyət göstərdiyi ibadət yerinin adı
4) Sədri olduğu dini icmanın adı
Mükafat
I yer (bir nəfər)- 800 AZN
II yer (iki nəfər)- 600 AZN
III yer (üç nəfər)- 400 AZN
Hər biri 150 AZN olmaqla 5 həvəsləndirici mükafat

Son müraciət tarixi 2022-ci il oktyabrın 20-sidir.
Əlaqə vasitələri:
Tel: (012) 436-98-54, mobil: (055) 228-49-80
E-mail: [email protected]
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, M.Naxçıvani küçəsi, 29

 

Din 2022-09-01 14:41:00