×
A
A
A
Sazlamalar

“Qəbələ”nin prezidenti Fariz Nəcəfov Klublar Komitəsinin sədri seçilib

Bakı, 1 sentyabr, AZƏRTAC

AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda AFFA-nın baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və vitse-prezidenti Aslan Şahgəldiyev, Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak ediblər.
S.Hacıyev klublara göstəriləcək maliyyə yardımı barədə məlumat verib. AFFA-nın Yoxlama və təftiş komitəsinin üzvləri ilə tanışlıq xarakterli müzakirələr aparılıb.
Klublar Komitəsinin Əsasnaməsinə uyğun olaraq, komitənin sədri vəzifəsinə seçki keçirilib. “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov səs çoxluğu ilə növbəti 1 il müddətinə Klublar Komitəsinin sədri seçilib.

İdman 2022-09-01 12:08:00