Bədii gimnastika üzrə Azərbaycan yığmasının məşqçisi videokonfrans formatında idmançılar üçün onlayn vebinar keçirib
Bakı, 1 sentyabr, AZƏRTAC
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Atletlər Komissiyasının üzvü, bədii gimnastika üzrə Azərbaycan yığma komandasının məşqçisi Siyana Vasileva, FIG Texniki Komitəsinin prezidenti Noha Abuşabana ilə birgə videokonfrans formatında idmançılar üçün onlayn vebinar keçirib.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, vebinara dünyanın hər bir yerindən 30-u Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının üzvü olmaqla, 600-dən çox gimnast qoşulub.
Vebinarda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək dünya çempionatının və digər yarışların təşkili, FIG tərəfindən tanınan alətlər, gimnastika geyimləri və aksesuarlar, gimnastikada təhlükəsiz mühitin təminatı və iştirakçıların şəxsiyyətinin qorunması, antidopinq, STS təhsil sistemi kimi müxtəlif mövzularda müzakirələr aparılıb.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir