×
A
A
A
Sazlamalar

“Mançester Siti” klubu “Nottinqem Forest”i böyük hesabla məğlub edib

Bakı, 1 sentyabr, AZƏRTAC

Futbol üzrə İngiltərə Premyer Liqasının V turu çərçivəsində “Mançester Siti” və “Nottinqem Forest” klubları qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, “Etihad” stadionunda keçirilən matç ev sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 6:0.
Oyunda qolları Erlinq Haaland (12, 23, 38), Joao Kanselo (50) və Yulian Alvarez (65, 87) vurublar.
Qeyd edək ki, Norveç millisinin üzvü Erlinq Haaland Premyer Liqada ardıcıl ikinci oyunda het-trik edib. O, 9 qolla liqada bombardirlər siyahısında birinci yerdə qərarlaşıb.

İdman 2022-09-01 02:00:00