Yasamal rayonunda “Sovetski” və Qədirli küçələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfər saxlanılıb VİDEO
Bakı, 31 avqust, AZƏRTAC
Polis əməkdaşları Yasamal rayonunda narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatları davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində, xüsusən Nəriman Nərimanov prospekti (“Sovetski”) və Qədirli küçəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfər tutulub. Saxlanılan şəxslərin üzərinə və evlərinə baxış zamanı külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin və elektron tərəzilər aşkar edilərək götürülüb. Saxlanılan şəxslər izahatlarında metamfetamin və heroindən istifadə etməklə yanaşı satışı ilə də məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı 26-cı polis bölməsində araşdırmalar davam etdirilir. Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
“Papanin” və “Kubinka”da narkotik vasitələrin satışı ilə məşğul olan 13 nəfər saxlanılıb
DİN: Ölkə ərazisində qeydə alınan 63 cinayətin üstü açılıb
Adam öldürməkdə şübhəli bilinən tələbə cinayət məsuliyyətinə cəlb edilib
DİN: Ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub
Sahil qəsəbə sakininə xuliqanlıq zəminində xəsarət yetirən şəxs saxlanılıb