Azərkosmos 15,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib
Bakı, 31 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul aylarında Azərkosmos tərəfindən dünyanın 35 ölkəsinə 15,1 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust sayına istinadla bildirir ki, Azərkosmosun xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 83 faizidir. 2022-ci ilin iyul ayında isə Azərkosmos dünyanın 30 ölkəsinə 2,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. İxracda beş əsas ölkə Birləşmiş Krallıq (3,9 milyon dollar), Fransa (3,2 milyon dollar), Lüksemburq (2,6 milyon dollar), BƏƏ (1,4 milyon dollar) və Pakıstandır (0,8 milyon dollar).
SİMA Elm və Təhsil Nazirliyinin sisteminə inteqrasiya edildi
“Baktelecom” 1 Gbit/s internet sürət testlərini uğurla başa çatdırıb
Rəqəmsallaşma ölkənin qlobal miqyasda rəqabət qabiliyyətini və investisiya cəlbediciliyini artırır
® İnnovativ mükəmməlliyin tanınması: Samsung 17-ci ildir ki, qlobal TV bazarına liderlik edir