Ötən gün ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub
Bakı, 31 avqust, AZƏRTAC
Avqustun 30-da ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 83, o cümlədən borclu şəxs qismində axtarılan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.
İranlı narkobaronların ölkə daxilindəki havadarlarına qarşı əməliyyatlarda 36 nəfər saxlanılıbVİDEO
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs cərimə olunub
Naxçıvanda narkotik vasitələrin satışı ilə məşğul olan dörd nəfər saxlanılıb
Bakıda qadına qarşı soyğunçuluq edilib
Təhsil müəssisəsində aşkarlanmış qanunsuzluqlarla bağlı cinayət işi başlanıb