FHN: Ötən sutka ərzində 113 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Bakı, 31 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 113 halda yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində bir nəfər xilas edilib, dörd nəfər xəsarət alıb, qəza-xilasetmə əməliyyatları zamanı iki nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
DSX: İki Əfqanıstan vətəndaşı dövlət sərhədini pozmağa cəhd göstərib
Sabunçu rayonunda ötən ay narkotikə görə 49 nəfər saxlanılıb VİDEO
Mağazalara daxil olaraq çoxsaylı oğurluq əməlləri törədən qadın saxlanılıb
Daxili İşlər Nazirliyi: Cinayət əməlində təqsirləndirilən narkotik aludəçisi ölüb
Xəzər rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 46 nəfər saxlanılıb VİDEO