×
A
A
A
Sazlamalar

Paytaxtın bu ərazisində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı, 30 avqust, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı ilə bağlı məlumat yayıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, avqustun 31-də saat 09:00-dan sentyabrın 2-si saat 20:00–dək Bakı şəhərinin Qaradağ rayonunun Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində (Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun girişindən çıxışınadək olan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Tikinti̇ 2022-08-30 18:08:00