Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsdə və avtomobilində 1 kiloqram heroin aşkarlanıb
Bakı, 30 avqust, AZƏRTAC
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəbrayıl rayon sakini A.Xanəliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun üzərinə və avtomobilinə baxış zamanı 1 kiloqramdan artıq heroin, 166 qram metamfetamin və 300 qrama yaxın marixuana aşkar olunaraq götürülüb.
Davam etdirilən tədbirlər nəticəsində A.Xanəliyevin avtomobilində olan sərnişini Bakı şəhər sakini R.Davudovun üzərindən də heroin və metamfetamin aşkarlanaraq götürülüb.
Binəqədi rayonunda ikimərtəbəli yaşayış evində yanğın olub
DİN: Həftəsonu ölkə ərazisində qeydə alınan 119 cinayətin üstü açılıb
Beyləqanda maşın su kanalına aşıb, 3 nəfər ölüb
Sumqayıtda keçmiş məhkum avtobusda oğurluq edib
DİN: Ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub