Qubadlı rayonunda minaya düşən ANAMA əməkdaşı Füzuli rayon xəstəxanasına yerləşdirilib
Bakı, 30 avqust, AZƏRTAC
Qubadlıda minaya düşən Hüseynov Nəcməddin Abdulla oğluna Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) paramedikləri tərəfindən ilkin tibbi yardım göstəriləndən sonra Füzuli rayon xəstəxanasına yerləşdirilib.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, hazırda onun vəziyyəti sabitdir, həyati təhlükəsi yoxdur.
ANAMA vətəndaşlara müraciət edərək bədbəxt hadisələrlə üzləşməmək üçün onları daha diqqətli olmağa çağırıb.
Qeyd edək ki, avqustun 30-da agentliyin minaaxtaran it bələdçisi 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Xəzər rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 46 nəfər saxlanılıb VİDEO
Marketdən oğurluq edən şəxs mühafizə polisləri tərəfindən anındaca tutulub VİDEO
İranlı narkobaronların ölkə daxilindəki havadarlarına qarşı əməliyyatlarda 36 nəfər saxlanılıbVİDEO
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs cərimə olunub
Naxçıvanda narkotik vasitələrin satışı ilə məşğul olan dörd nəfər saxlanılıb