Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 45-nin açılması təmin olunub
Bakı, 30 avqust, AZƏRTAC
Avqustun 29-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 72, o cümlədən borclu şəxs qismində axtarışda olan 50 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.
Mağazalara daxil olaraq çoxsaylı oğurluq əməlləri törədən qadın saxlanılıb
Daxili İşlər Nazirliyi: Cinayət əməlində təqsirləndirilən narkotik aludəçisi ölüb
Xəzər rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 46 nəfər saxlanılıb VİDEO
Marketdən oğurluq edən şəxs mühafizə polisləri tərəfindən anındaca tutulub VİDEO
İranlı narkobaronların ölkə daxilindəki havadarlarına qarşı əməliyyatlarda 36 nəfər saxlanılıbVİDEO