Nizami rayonunda velosiped, Səbail rayonunda mobil telefon oğurlayan keçmiş məhkumlar yaxalanıblar
Bakı, 29 avqust, AZƏRTAC
Paytaxtda mobil telefon və velosiped oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə məxsus dörd velosipedi oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini əvvəllər məhkum olunmuş B.Babazadə tutulub.
Səbail rayonu ərazisində bir evdən 1500 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini əvvəllər məhkum olunmuş A.Məmmədov isə rayon polis idarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Hər iki faktla bağlı rayon polis idarələrində təhqiqat davam edir.
Xəzər rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 46 nəfər saxlanılıb VİDEO
Marketdən oğurluq edən şəxs mühafizə polisləri tərəfindən anındaca tutulub VİDEO
İranlı narkobaronların ölkə daxilindəki havadarlarına qarşı əməliyyatlarda 36 nəfər saxlanılıbVİDEO
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs cərimə olunub
Naxçıvanda narkotik vasitələrin satışı ilə məşğul olan dörd nəfər saxlanılıb