×
A
A
A
Sazlamalar

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərin evdən məişət əşyaları oğurlaması müəyyən olunub

Bakı, 29 avqust, AZƏRTAC

Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakinləri əvvəllər məhkum olunmuş N.Bağırov və R.Bağırov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı onların üzərində heroin aşkarlanaraq götürülüb.
Araşdırmalarla onların şəhər ərazisində bir evdən beş min manat dəyərində məişət əşyaları oğurlaması da müəyyən olunub.

Hadisə 2022-08-29 16:24:00