Qaradağ və Nərimanov rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib
Bakı, 29 avqust, AZƏRTAC
Avqustun 28-də saat 7 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Lerik rayon sakini A.Əmənov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəza nəticəsində sərnişin Mələk Vəliyeva hadisə yerində ölüb. Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Avqustun 28-də saat 23 radələrində paytaxtın Nərimanov rayonunun K.Rəhimov küçəsində naməlum sürücü idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini N.Məmmədlini vuraraq hadisə yerini tərk edib. Qəza nəticəsində piyada hadisə yerində ölüb. Avtomobil rayon ərazisində tapılıb.
İlkin əməliyyat-axtarış tədbirləri Nərimanov Rayon Polis İdarəsi tərəfindən aparılır.
İranlı narkobaronların ölkə daxilindəki havadarlarına qarşı əməliyyatlarda 36 nəfər saxlanılıbVİDEO
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs cərimə olunub
Naxçıvanda narkotik vasitələrin satışı ilə məşğul olan dörd nəfər saxlanılıb
Bakıda qadına qarşı soyğunçuluq edilib
Təhsil müəssisəsində aşkarlanmış qanunsuzluqlarla bağlı cinayət işi başlanıb