×
A
A
A
Sazlamalar

Sabunçu rayonunda şirkətdən, Nərimanov rayonunda ofisdən, Xətai rayonunda isə avtomobildən oğurluq edilib

Bakı, 29 avqust, AZƏRTAC

Bakı şəhərində oğurluqda şübhəli bilinən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2018-ci ildən cari ilin avqust ayınadək olan müddətdə rayon ərazisində yerləşən şirkətlərin birindən 7 min 500 manat dəyərində boya mənimsəməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Z.Abdullayev və A.Fəttahov saxlanılıblar.
Nərimanov rayonu ərazisində yerləşən bir ofisdən 20 min manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş E.Ənnağıyev, Salyan rayon sakini əvvəllər məhkum olunmuş B.Hacıyev və Ağdam rayon sakini əvvəllər məhkum olunmuş V.Ələsgərov Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.
Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə avqustun 25-də rayon ərazisində bir avtomobildən 1750 manat pul və bankomat kartları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş V.Axundov və R.Süleymanov saxlanılıblar.

Hadisə 2022-08-29 15:17:00