“PAŞA Həyat” SİMA ilə əməkdaşlığa başlayıb
Bakı, 29 avqust, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, inteqrasiya prosesinə əsasən “PAŞA Holding” şirkətlər qrupuna daxil olan və hər zaman innovativ həlləri ilə sığorta bazarında liderlik edən “PAŞA Həyat Sığorta” ASC SİMA-nın növbəti sığorta tərəfdaşı olub.
“PAŞA Həyat Sığorta” ASC-nin müştəriləri yeni nəsil rəqəmsal imzanın imkanlarından yararlanaraq “Həyatın Yaşam Sığortası” məhsulundan faydalana biləcəklər. Sənədlərin imzalanmasını SİMA vasitəsilə məsafədən və daha operativ həyata keçirmək mümkündür.
SİMA yeni nəsil rəqəmsal imza başqa sahələr üzrə elektron xidmətlərdən də istifadə etmək imkanı verir. Bunlara rəqəmsal dövlət, bank, bank olmayan kredit təşkilatları (BOKT), mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə, imza tətbiq olunan bütün sahələr daxildir.
Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması kimi üstünlükləri var. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, həmçinin avtomatlaşdırılma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.
İmzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran SİMA-nın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın rəsmi saytından və “157” Çağrı mərkəzindən əldə edə bilərsiniz.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb