Paytaxtın bu ərazisində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bakı, 26 avqust, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxtın Yasamal rayonu ərazisində icra olunan təmir işləri ilə bağlı məlumat yayıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, avqustun 27-də saat 08:00-dan avqustun 29-u saat 20:00–dək Bakı şəhərinin Yasamal rayonu ərazisindəki Tbilisi prospektində (Şəfayət Mehdiyev küçəsindən Abbasqulu Ağa Bakıxanov küçəsinədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Tikinti müəssisələrində investisiya resurslarından səmərəli istifadə olunmalıdır
Bayram tətili günlərində paytaxt yollarında təmir işləri aparılıb
Qarabağın bərpası, yenidən qurulması istiqamətində investisiyalar böyük əhəmiyyətə malikdir
AAYDA tərəfindən son həftə ərzində görülən işlər barədə məlumat yayılıb
Tikinti-quraşdırmada istehsalçı qiymət indeksləri 101,7 faiz təşkil edib