×
A
A
A
Sazlamalar

ADNSU-nun startapı İstanbul Bootkampında təqdim edilib

Bakı, 24 avqust, AZƏRTAC

“Take Off Baku” startap yarışında Azərbaycandan seçilmiş 6 startap İstanbul Bootkampında təqdim edilib. Səfər çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “HealWith” layihəsinin yaradıcısı Elviz İsmayılov Türkiyənin startap ekosistemi ilə yaxından tanış olub, startapı inkişaf etdirmək istiqamətində 6 təlimdə iştirak edib. O, İstanbul şəhərində fəaliyyət göstərən inkubasiya və akselerasiya mərkəzlərinə gedərək onların qaydaları ilə tanış olub.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
Eyni zamanda, E.İsmayılov Bilişim Vadisi, Tanıtım Sunumu, 42 Kocaeli məktəbi, TOGG, Bilgiyi Ticarileştirme Mərkəzi, Lonca akselerasiya mərkəzi kimi mühitlərə baş çəkərək onlar haqqında məlumat alıb. “HealWith” startapı investorlara təqdim edilib. Beynəlxalq inkubasiya mərkəzi və İstanbul Texniki Universitetinin “Innogate” akselerasiya mərkəzlərində startap təqdim olunub.

Texnologiya 2022-08-24 18:52:00