×
A
A
A
Sazlamalar

FHN-in xilasediciləri qəza nəticəsində nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış iki nəfəri zədələnmiş avtomobildən çıxarıblar

Bakı, 24 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” və “Chevrolet” markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində zədələnmiş avtomobildən bir nəfər sağ, digər 1 nəfərin cəsədi çıxararaq aidiyyəti üzrə təhvil verilib.

 

Hadisə 2022-08-24 17:19:00