×
A
A
A
Sazlamalar

Binə qəsəbəsində 19 yaşlı qız yaşadığı evdən çıxaraq geri qayıtmayıb

Bakı, 24 avqust, AZƏRTAC

Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yaşayan 2003-cü il təvəllüdlü Əzimova Əfsanə Comərd qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, evdən çıxanda onun əynində güllü köynək, göy rəngli cins şalvar və ayağında qara rəngli idman ayaqqabısı olub. Onun harada olması barədə məlumatı olan şəxslər varsa, DİN-in 102 Xidməti Zəng Mərkəzinə, Xəzər Rayon Polis İdarəsinə, eləcə də 3-cü polis şöbəsinə 0552152120, 0518414141, 0553060302, 0125907302 və 0124560302 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

 

Hadisə 2022-08-24 16:29:00