×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda evdən inşaat materialları, Nəsimi rayonunda isə moped oğurlanıb

Bakı, 24 avqust, AZƏRTAC

Paytaxtda evdən oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sulutəpə qəsəbəsində yerləşən evlərin birindən 2000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ş.Bayramov və P.Səlimov saxlanılıb.
Nəsimi rayonunda isə vətəndaşa məxsus 1500 manat dəyərində mopedi oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini Y.Rzayev Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.
Hər iki faktla bağlı təhqiqat davam edir.

Hadisə 2022-08-24 12:44:00