×
A
A
A
Sazlamalar

Qəbələ rayonunda dağlıq ərazidə baş vermiş yanğına FHN-in qüvvə və texnikaları cəlb olunub

Bakı, 23 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar FHN-in müvafiq qüvvə və texnikaları, o cümlədən 1 ədəd helikopter yanğınsöndürmə işlərinə cəlb olunub.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

 

Hadisə 2022-08-23 17:19:00