×
A
A
A
Sazlamalar

Baş Prokurorluq: Şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır

Bakı, 23 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ağcabədi rayonunda şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, avqustun 22-də rayonun Xocavənd kəndi ərazisində 1965-ci il təvəllüdlü Qırımxan Qasımovun elektrik cərəyanı vurması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisə 2022-08-23 12:39:00