×
A
A
A
Sazlamalar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın törətmiş şəxsi müəyyən edib

Bakı, 23 avqust, AZƏRTAC

Avqustun 11-də Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Ağsu rayonunun Maşadqanlı kəndində Tahir Əliağa oğlu Vəlidova məxsus sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın söndürülüb, yaxınlıqdakı Maşadqanlı kənd məktəbi yanğından mühafizə olunub.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində yanğını törətmiş şəxs müəyyənləşdirilib. Hadisənin 1980-ci il təvəllüdlü Yusif Vidadi oğlu Ağayev tərəfindən törədildiyi aşkarlanıb və vətəndaş əməlini etiraf edib.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

Hadisə 2022-08-23 11:56:00