×
A
A
A
Sazlamalar

FHN: Ötən sutka ərzində 87 halda yanğına çıxış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib VİDEO

Bakı, 23 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 87 halda yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən sutka ərzində üçü azyaşlı olmaqla səkkiz nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən bir nəfər xilas edilib. Həmçinin, paytaxtın Yasamal rayonunda bir nəfərin cəsədi bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

 

Hadisə 2022-08-23 11:02:00

Video