×
A
A
A
Sazlamalar

Paytaxtda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 15 nəfər saxlanılıb

Bakı, 23 avqust, AZƏRTAC

Paytaxtın Cəlil Məmmədquluzadə (“Papanin”), Şimal şitilliyi (“Xutor”), Namiq Məlikov küçələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 15 nəfər müəyyən olunaraq saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən 12, Nəsimi RPİ əməkdaşları tərəfindən 3 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülməklə istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.

Hadisə 2022-08-23 10:29:00