Nizami rayonunda iki küçənin kəsişməsindəki dairədə təmir işləri aparılıb VİDEO
Bakı, 22 avqust, AZƏRTAC
Bakı şəhərinin Nizami rayonu ərazisindəki Mikayıl Əliyev küçəsi ilə Mehdi Abbasov küçəsinin kəsişməsində yerləşən dairədə təmir işləri icra olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, təmir-tikinti işləri çərçivəsində dairədə köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, bunun ardınca hamarlayıcı lay asfalt-beton örtüyü döşənib və asfaltlanma işlərinə başlanılıb.
Ümumilikdə isə təmir işləri 2800 kvadratmetr sahəni əhatə edib. Son mərhələ üzrə təmir işlərinin aparıldığı ərazidə yolgöstərici və yol-cizgi xətlərinin çəkilişi işləri aparılıb.
Ekspert: Yaşıl iqtisadiyyatın fəlsəfəsi ekologiyaya zərər vurmadan formalaşmış iqtisadiyyatdır
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb