×
A
A
A
Sazlamalar

Baş Prokurorluq: 26 yaşlı şəxsin Nardaranda dənizdə boğularaq ölməsi faktı ilə bağlı araşdırma aparılır

Bakı, 22 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Baş Prokurorluğu 26 yaşlı şəxsin Nardaranda dənizdə boğularaq ölməsi faktı ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, avqustun 20-də paytaxtın Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində dənizdə 1996-cı il təvəllüdlü Rəşad Əliyevin boğularaq ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Hadisə 2022-08-22 12:21:00