×
A
A
A
Sazlamalar

Baş Prokurorluq: 16 yaşlı şəxsin gölməçədə boğularaq ölməsi faktı ilə bağlı araşdırma aparılır

Bakı, 22 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Baş Prokurorluğu 16 yaşı şəxsin Qusar rayonundakı gölməçədə ölməsi faktı ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, avqustun 20-də Qusar rayonunun Əniğ kəndi ərazisində yerləşən gölməçədə 2006-cı il təvəllüdlü Tural Fərzəliyevin boğularaq ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisə 2022-08-22 11:01:00