×
A
A
A
Sazlamalar

Baş Prokurorluq: Ustanın elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır

Bakı, 22 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Baş Prokurorluğu Cəlilabad rayon sakininin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, avqustun 21-də saat 14 radələrində Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Elgün Ağayevin usta kimi işlədiyi çoxmənzilli yaşayış binasının zirzəmisində su xəttini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Hadisə 2022-08-22 10:33:00