×
A
A
A
Sazlamalar

Hər kəsin uzun zamandır gözlədiyi təqdimat: “Samsung” növbəti dəfə təəccübləndirib

Bakı, 20 avqust, AZƏRTAC

Bakıda Cənubi Koreya nəhəngi “Samsung” yeni nəsil qatlanan smartfonlarını təqdim edib.
AZƏRTAC xəbər verir ki, söhbət bir həftə əvvəl dünyada yayımlanan onlayn təqdimatda nümayiş etdirilən “Galaxy Z Flip4” və “Galaxy Z Fold4” smartfonlarından gedir.
“Samsung” şirkəti bir addım belə geri çəkilmədən qatlanan smartfonların hər dəfə daha bir üst versiyasını təqdim edir.
Təqdimatın əsas səbəbi ondan ibarət olub ki, “Samsung”un yeni smartfonları öz imkanlarını genişləndirərək və yeni funksiyaları əlavə edərək ideal məhsulu istifadəçilərin hüzuruna gətirir. Bütün bu yeniliklər əbəs yerə deyil. Çünki “Samsung” daim yenilik axtarışında olduğundan daim imkanları genişləndirməyi düşünür. Hətta, “Samsung” smartfonları həyatlarının bir hissəsi olan insanların belə gözləntilərini aşacaq yeni məhsullardır.
Baş tutmuş tədbirdə “Galaxy Watch5” saatı və “Galaxy Buds2 Pro” qulaqlıqları təqdim olunub.
Gecəni giriş sözü ilə açan “Samsung Electronics”in Qafqaz üzrə baş direktoru Min Hwang hər kəsi bu təqdimatda görməkdən məmnun olduğunu bildirib. O, “Samsung”un Qafqazda ilk ofisinin 2006-cı ildə açıldığını qeyd edib. Baş direktorun sözlərinə görə, “Samsung” yalnız texnoloji yeniliklərə diqqət yetirmir, həm də müştərilərinin həyatını yaxşılaşdırmaq üçün çalışır.
“Samsung”un 10 loyal müştərisi hədiyyə ilə mükafatlandırılıb.
Həmçinin “Samsung”un məhsullar üzrə aparıcı mütəxəssisi Miri Kazımov özünəməxsus peşəkarlığı ilə yeni smartfonlar, eləcə də saat və qulaqlıqlar haqqında tam detallı məlumatları izləyicilərin diqqətinə çatdırıb.
Kazımovun sözlərinə görə, yeni devayslarda həm daxilən, həm də zahirən yeniliklər baş verib: “Zahirən bu ən əsas olaraq dizaynla bağlıdır. Daha klassik, daha incə olublar. Bu onları əldə tutmağı daha asan və rahat edir, istifadəçilərin isə bundan daha çox zövq almasına gətirib çıxarır. Daxili dəyişikliklər isə prosessor, kamera və yeni istifadəçi interfeysində olub. Bütün yeniliklər istifadəçilərimizin daha yaxşı, daha maraqlı təcrübə almalarına yönəldilib. Cihazların başqa özünəməxsus üstünlükləri ondan ibarətdir ki, daha dözümlü və dayanıqlı olması üçün sapfir şüşə texnologiyası ilə tətbiq olunublar. Qulaqlıqlarda isə müasir texnologiyanın tətbiqinə üstünlük verilib. Beləliklə, qulaqlıqlar mühitə uyğunlaşaraq səsin ucalığını yüksəkliyi və ritmini tənzimləyə bilir. Yeni cihazlar sentyabrın 2-dən satışa çıxarılacaq”.
Təqdimat gecəsində qonaq qismində “Samsung”un loyal istifadəçiləri Xalq artisti Fəxrəddin Manafov, Xalq yazıçısı Çingiz Abdullayev, müğənni Nura Suri və digərləri iştirak edib.
Səhnədə çıxış edən müğənnilər Çingiz Mustafayev, Hiss və DJ Seym isə qonaqlar üçün sevilən və hit mahnılarını ifa edib, gecəyə rəng qatıblar.
Cihazların yenilikləri haqda daha ətraflı:
“Galaxy Z Flip4”: Sərbəst əllər, keyfiyyətli şəkil və video
“Galaxy Z Flip3”dən fərqli olaraq, “Galaxy Z Flip4” smartfonu ilə telefonu açmadan, siz zənglərə və mesajlara cavab verə, hətta yüksək keyfiyyətli şəkillər çəkə bilərsiniz.
“Galaxy Z Flip4” hands-free (sərbəst əllər) funksiyasına sahibdir. Bu, o anlama gəlir ki, siz telefonu istədiyiniz kimi və əlinizlə tutmaq məcburiyyətində qalmadan çox gözəl şəkil və videolar çəkə bilərsiniz.
Telefonun digər məlumatlarına gəlincə isə xarici ekran 1.9 Super Dynamic AMOLED 60 Hz, batareya tutumu 3,700 mAh-dır və smartfonu 30 dəqiqə ərzində 50 faizə qədər doldurur. Həm də sizi düşünərək daha az enerji sərf edəcək.
“Galaxy Z Fold4”: Çox funksionallıq və istifadə rahatlığı
“Galaxy Z Fold4” – Güclü və çoxfunksiyalı smartfon özündə “Samsung”un mobil texnologiyalarında yığdığı təcrübə toplusunun təcəssümüdür. “Z Fold3”ə nisbətən daha çox imkanlar genişlənib və funksiyalar artıb. Açıq halda siz onu planşet kimi də istifadə edə bilərsiniz. Yəni, eyni anda həm işləyə, həm də nəyisə izləyə bilərsiniz. Bağlı rejimdə isə 6,2 düym ekranlı smartfona çevrilir.
Portret rejimi artıq “Galaxy Z Flip4”ün ön ekranına da əlavə olunub və üstəlik öndəki ekrandan şəkili daxili ekrana da yerləşdirmək imkanı yaradılıb. Bundan əlavə, daxili ekrana Wi-Fi, Bluetooth və fənər elementləri əlavə olunub. Displeyin qoruyucusu isə Gorilla Glass Victus +. O, telefonu kənar zərbələrdən daha yaxşı qoruyur. Bundan əlavə, “Galaxy Z Fold4” və “Galaxy Z Flip4”də də İPX8 su buraxmayanla qorunur və istifadəçilər ani anlarda daha rahat ola bilər.
“Galaxy Buds2 Pro”: Premium-dizayn ilə yeni eşidilmə təcrübəsi
Galaxy Z xəttinin yeniliyi olan naqilsiz “Galaxy Buds2” qulaqlıqları istifadəçilərin istənilən şəraitdə rahat istifadəsinə şərait yaradır. Mükəmməl 24 bitlik hi-fi səsi, kristal təmizliyi və yığcam erqonomik dizayn hesabına qulaqlıqlar 15 faiz daha balaca olub. Bu, hal-hazırda “Samsung”un ən kompakt və yüngül qulaqlığı sayılır.
Təqdimatın təkrarına “Samsung Azerbaijan”ın rəsmi yutub kanalından izləyə bilərsiniz: https://www.youtube.com/c/SamsungAzOfficial 
Smartfonlarla bağlı yenilikləri və daha ətraflı məlumatları “Samsung Azerbaijan”ın saytından əldə edə bilərsiniz: http://www.samsung.com/az 

İKT 2022-08-20 10:55:00