Misirli tarixçi alim Azərbaycan tarixi haqqında proqram hazırlayıb VİDEO
Qahirə, 19 avqust, AZƏRTAC
Misirli tarixçi alim, İsgəndəriyyə Kitabxanasının əməkdaşı Xalid Azab özünün “Mədəniyyət və kitablar” yutub kanalında Azərbaycan tarixi haqqında proqram yayımlayıb.
AZƏRTAC xəbər verir ki, misirli alim Səfəvilər dövləti, Əfşar imperiyası və Qacar dövləti barədə ərəbdilli tamaşaçılarına ətraflı məlumat verib, Nadir şah Əfşar, Ağaməhəmməd Şah Qacar kimi fateh hökmdarların həyatından bəhs edib. Proqramda, həmçinin Sovet İttifaqı ilə eyni aqibəti yaşayan müstəqil Azərbaycan Respublikasının elan edilməsindən, xalqımızın qədim tarixindən və mədəniyyətindən danışılıb.
Misirli tarixçi alim bundan əvvəl də öz kanalında əzəli Azərbaycan torpağı olan Qarabağın tarixi haqqında proqram hazırlayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir