Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Zaqatala şəhərində vətəndaşlarla görüşüb
Bakı, 19 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu davam edir.
Bu ayın cədvəlinə uyğun olaraq ,avqustun 19-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Balakən və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl Zaqatala şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstəsi qoyularaq xatirəsi hörmətlə yad edilib. Komitə sədri Anar Quliyev Ulu öndərin ömür yolunu və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olub.
Şəhərdəki Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib. Komitənin fəaliyyət istiqamətlərinə aid olan müvafiq müraciətlərdən bəziləri yerində həll edilib, digərlərinin araşdırılması məqsədilə aidiyyəti üzrə yönləndirilib.
Sakinlər vətəndaşların bölgələrdə qəbulu ilə bağlı göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Bakıda Qafqaz Albaniyası mövzusuna həsr olunmuş XI beynəlxalq elmi konfrans başa çatıb
FHN: “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın söndürülüb VİDEO
“Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb VİDEO
“Taxta bazarı”ndakı yanğının söndürülməsinə 15 texnika və 70 nəfər cəlb olunub