×
A
A
A
Sazlamalar

Qubadlı məktəblərini medallarla bitirən məzunlar təltif olunublar

Sumqayıt, 19 avqust, Ətrabə Rzayeva, AZƏRTAC

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Qubadlı rayonunun ümumi təhsil müəssisələrinin qızıl və gümüş medallarla təltif edilən məzunlarına nişanlar və xüsusi nümunəli attestatlar təqdim olunub.
İdarədən AZƏRTAC-a bildirilib ki, 2021-2022-ci tədris ili üzrə məzunlardan üç nəfər qızıl, bir nəfər isə gümüş medalla təltif edilib.
Görüşdə çıxış edənlər fərqlənən məzunlara gələcək həyatlarında uğurlar arzulayıblar.

Regionlar 2022-08-19 19:01:00