×
A
A
A
Sazlamalar

Pakistanlı sahibkar qadınlarla iqtisadi-ticarət əlaqələri müzakirə olunub

Bakı, 19 avqust, AZƏRTAC
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva Pakistan Respublikasının Feysəlabad şəhərindən olan nümayəndə heyəti ilə görüşüb.
AQSİA-dan AZƏRTAC-a bildirilib ki, Feysəlabad Qadın Ticarət və Sənaye Palatasının sədri Nighat Shahid və sözügedən şəhərin qadın sahibkarların iştirak etdiyi görüşdə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, sahəvi inkişafın artırılması üçün danışıqlar aparılıb.
Bildirilib ki, görüş hər iki ölkənin qadın sahibkarlarının iqtisadi və siyasi cəhətdən qarşılıqlı əlaqələrinin daha da inkişaf etdirilməsinə töhfə verəcək.

Cəmiyyət 2022-08-19 19:00:00