Rusiyada 82,2 min hektar meşə sahəsi yanır
Moskva, 19 avqust, AZƏRTAC
Rusiyada meşə yanğınlarının ümumi sahəsi bir gün ərzində 75,1 min hektardan 82,2 min hektara qədər artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Avialesooxrana” Federal Agentliyi məlumat yayıb.
Bildirilib ki, avqustun 19-a olan məlumata görə, Rusiya ərazisində 51 meşə yanğını qeydə alınıb, 21 sahədə yanğın söndürülüb.
Yakutiya, Ryazan vilayəti, Komi Respublikası, Nijni Novqorod vilayətində yanğınlar daha geniş sahəni əhatə edir. Yakutiyada 18 min, Maqadan vilayətində isə 10 min hektardan çox yanğın sahəsi əlçatmaz olduğundan, yanğınsöndürənlər alovun qarşısını ala bilmirlər.
Yanğınların söndürülməsinə 2586 yanğınsöndürən, 434 texnika, 22 helikopter və təyyarə cəlb edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
NATO müttəfiqləri Ukraynaya hava hücumundan müdafiə sistemi vermək barədə razılığa gəliblər
Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir
İstanbulda torpaq sürüşməsi baş verib
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib