×
A
A
A
Sazlamalar

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin ikinci günündə 755 namizəd iştirak edib

Bakı, 19 avqust, AZƏRTAC

Avqustun 19-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin informatika, fransız dili (Azərbaycan və rus bölməsi), biologiya, Azərbaycan dili və ədəbiyyat, tarix, texnologiya, təsviri incəsənət, musiqi fənləri üzrə müsahibələr təşkil olunub.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutu İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsahibələrə 779 nəfər dəvət olunub. Onlardan 755-i müsahibə mərhələsində iştirak edib.

Elm və təhsil 2022-08-19 18:31:00