×
A
A
A
Sazlamalar

Nizami rayonunda iki küçənin kəsişməsindəki dairədə təmir işləri aparılacaq

Bakı, 19 avqust, AZƏRTAC

Nizami rayonunda iki küçənin kəsişməsindəki dairədə təmir işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, avqustun 20-də saat 08:00-dan avqustun 21-də saat 20:00-dək Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi ilə Mehdi Abbasov küçəsinin kəsişməsində yerləşən dairədə təmir işləri aparılacaq.
Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Tikinti̇ 2022-08-19 18:13:00