×
A
A
A
Sazlamalar

Pedaqoji Universitetdə təlim: Tədqiqat məqalələrinin yazılması və nəşri

Bakı, 19 avqust, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Təlim-tədris mərkəzində sentyabrın 6-da “Tədqiqat məqalələrinin yazılması və nəşri” mövzusunda təlim təşkil ediləcək.
Universitetdən AZƏRTAC-a bildirilib ki, təlim Yamayka və Karib hövzəsi regional institutlarında media dərəcəsini bitirmiş, Londonda nüfuzlu UCL IOE-də magistr dərəcəsini və Honq Konq Universitetinin Təhsil fakültəsində PhD dərəcəsini almış Nadin Muşet tərəfindən aparılacaq.
Təlimdə tədqiqat məqalələrinin yazılması və resenziyalı jurnallarda dərc olunması, qiymətləndirilmə şərtləri barədə məlumat veriləcək. İştirakçıların öz tədqiqat məqalələrini təqdim etmək üçün uyğun jurnalların seçilməsi ilə bağlı sualları cavablandırılacaq.
Qeydiyyat üçün linkə daxil olmaq lazımdır.

Elm və təhsil 2022-08-19 18:04:00