×
A
A
A
Sazlamalar

Şirvanda şəhid gizir Emil Hümbətovun ailəsi ziyarət olunub

Bakı, 19 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Şirvan şəhərində yaşayan şəhid Emil Hümbətovun ailəsi ilə görüşüb və onların sosial vəziyyəti ilə maraqlanıb.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan gizirin vətənpərvərliyindən bəhs olunub, onun əziz xatirəsinin hər birimizin qəlbində əbədi yaşayacağı vurğulanıb.
Agentliyin İdarə Heyətinin sədri şəhid ailəsinin qayğı və ehtiyacları ilə maraqlanıb, ailənin yaşayışının bundan sonra da daim diqqətdə saxlanılacağını qeyd edib.
Qeyd edək ki, şəhid E.Hümbətov torpaqlarımızın azad olunması uğrunda böyük şücaət göstərib və “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub. Şirvanda “Şəhidlər xiyabanı”nda dəfn edilib.

 

Sosial 2022-08-19 18:00:00