×
A
A
A
Sazlamalar

Deputat: Azərbaycan Prezidenti mürəkkəb geosiyasi şərtlərdə milli maraqlarımızı uğurla müdafiə edir

Bakı, 18 avqust, AZƏRTAC

1992-ci ildə Laçın şəhəri işğal olunduqdan sonra ermənilər misli görülməmiş talanlar, vəhşiliklər törətdilər. Hətta 30 illik işğal dövründə də vandallıqlarını davam etdirirlər.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev söyləyib.
Deputat qeyd edib ki, 2020-ci il 10 noyabr Bəyanatına uyğun olaraq, qanunsuz məskunlaşdırlımış ermənilər avqust ayının sonunadək Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk etməli, evlərə, meşələrə ziyan vurmamalıdırlar. Ancaq bunun əksini görürük. 44 günlük Vətən müharibəsində alınan acı məğlubiyyət belə erməni xislətini dəyişdirmədi. Belə ki, vandal erməni xalqı Laçındakı evləri, meşələri yandırır və utanmadan sosial şəbəkələr vasitəsilə yayırlar. Belə təəssürat yaranır ki, bununla ermənilər hansısa qüvvələrə hesabat verirlər.
“Ziddiyyətli məqam ondan ibarətdir ki, Ermənistan hökuməti evlərin yandırılmadan təhvil verilməsi üçün kompensasiya müəyyənləşdirməsinə baxmayaraq, erməni diasporu bunun əksinə olaraq, daha yüksək məbləğ vəd edir. Bu da o deməkdir ki, Ermənistan hökuməti, eləcə də diasporu Livandan, Suriyadan gətirilən və qanunsuz olaraq Qarabağda məskunlaşdırılan bədbəxt ermənilərdən öz xəstə ideyaları üçün hələ də istifadə edirlər”, - deyə Nəsib Məhəməliyev vurğulayıb.
O əlavə edib ki, bir çox erməni siyasətçiləri, jurnalistləri Ermənistanın 26 il ərzində Qarabağda daşı-daş üstə qoymadığını, Azərbaycanın isə cəmi 20 ay ərzində mükəmməl infrastruktur layihələrin həyata keçirdiyini etiraf edirlər. Bunu ermənilərdən fərqli olaraq, azərbaycanlıların o torpaqları sevməsi ilə əlaqələndirirlər.
Tarix sübut edir ki, heç bir erməni vəhşiliyi cavabsız qalmır. Prezident İlham Əliyev İsmayıllı rayonuna səfəri zamanı detallı şəkildə bütün məsələlərə aydınlıq gətirdi, “Qisas” əməliyyatı və onun nəticələri barədə ətraflı məlumat verdi. Proseslər olduqca mürəkkəbdir və çətinliklə də olsa, müsbət dinamika müşahidə olunur. Əminlik yaradan əsas məqam isə dövlətimizin başçısının dərin siyasi təhlillərə söykənən, mürəkkəb geosiyasi şərtlər daxilində milli maraqları müvəffəqiyyətlə müdafiə etməsidir.

Siyasət 2022-08-19 17:41:00