×
A
A
A
Sazlamalar

İspaniya hökuməti 6G şəbəkəsini 2030-cu ildə tətbiq etməyi planlaşdırır

Madrid, 19 avqust, AZƏRTAC

Mobil rabitənin beşinci nəsli olan 5G şəbəkəsinin bütün dünya üzrə tətbiqi üçün irəlidə uzun yol qət etmək lazım olduğu halda İspaniya da daxil olmaqla bir sıra ölkələr artıq 6G-nin inkişafı üzrə yürüşə çıxıblar.
AZƏRTAC xəbər verir ki, bu günlərdə İngiltərə Bankı bu yeni kommunikasiya texnologiyası ilə bağlı olan tədqiqat layihələrinə 116 milyon avro həcmində vəsaitin alınması üçün şərtləri dərc edib. İspaniya hökumətinin gözləntilərinə görə, yeni kommunikasiya texnologiyası 2030-cu ildə əlçatan olacaq.
Madriddə ümid edirlər ki, 2030-cu il Krallıqda 6G-nin inkişaf etdirilməsi ilinə çevriləcək.
6G texnologiyası simsiz şəbəkələrdə məlumatların ötürülməsi sürətini artıracaq. 6G missiyası onun sələflərinin (3G, 4G və 5G) əldə etdikləri irəliləyişləri möhkəmlətməkdən ötrüdür ki, bu da genişləndirilmiş reallıq (XR), yüksəkkeyfiyyətli mobil hololqramlar və real vaxtda avtomatlaşdırma kimi yeni xidmətlər əmələ gəlməsi ilə nəticələnəcək.
Qeyd edək ki, Cənubi Koreya 6G şəbəkəsini 2028-ci ildə tətbiq etmək niyyətindədir, Almaniya və Fransa isə müvafiq tədqiqat layihələrinə artıq sərmayə yatırıblar.

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Texnologiya 2022-08-19 17:29:00