×
A
A
A
Sazlamalar

“Yol hərəkəti haqqında”, “Prokurorluq haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Notariat haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Biometrik informasiya haqqında”, “Fərdi məlumatlar haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci, 14-cü və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564; 2001, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002, № 1, maddə 9, № 8, maddə 463; 2003, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 11, maddə 901; 2005, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006, № 12, maddə 1027; 2007, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008, № 2, maddə 49, № 6, maddələr 453, 463, № 7, maddə 602; 2009, № 2, maddə 47, № 4, maddə 210, № 12, maddə 948; 2010, № 7, maddə 598; 2011, № 2, maddə 71, № 4, maddə 255, № 6, maddə 469, № 12, maddə 1097; 2012, № 5, maddə 402, № 7, maddə 671; 2013, № 4, maddələr 362, 363, № 7, maddə 795, № 11, maddələr 1295, 1298; 2014, № 4, maddələr 343, 346, № 5, maddə 467, № 11, maddə 1352; 2015, № 1, maddə 2, № 2, maddələr 76, 79, 105, № 5, maddə 502, № 6, maddə 686, № 11, maddələr 1256, 1276; 2016, № 11, maddələr 1758, 1784, 1795, № 12, maddə 1993; 2017, № 2, maddələr 138, 150, № 5, maddə 727, № 8, maddə 1507, № 10, maddə 1774, № 12 (I kitab), maddə 2215; 2018, № 2, maddələr 143, 157, № 4, maddə 645, № 6, maddələr 1165, 1192, № 7 (I kitab), maddələr 1432, 1436, 1439; 2019, № 1, maddə 46, № 6, maddə 997, № 7, maddə 1183, № 8, maddə 1376; 2020, № 5, maddə 521, № 7, maddələr 827, 847, № 12 (I kitab), maddə 1425; 2021, № 4, maddə 305, № 6 (I kitab), maddə 543, № 8, maddə 897) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 33-cü maddə üzrə:
1.1.1. III hissədə “qüsurların” sözü “pozuntuların” sözü ilə əvəz edilsin;
1.1.2. V hissənin 3-cü bəndində “qüsurlar” sözü “pozuntular” sözü ilə, “qüsur” sözü “pozuntu” sözü ilə əvəz edilsin;
1.2. 37-ci maddənin l hissəsinin 11-ci bəndində və 54-cü maddənin IV hissəsində “kor” sözü “görmə qabiliyyəti tam məhdud olan” sözləri ilə əvəz edilsin;
1.3. 59-cu maddənin VII hissəsində “Kor” sözü “Görmə qabiliyyəti tam məhdud olan” sözləri ilə əvəz edilsin;
1.4. 72-ci maddənin birinci hissəsinin 4-cü bəndində “Kar” sözü “Eşitmə qabiliyyəti tam məhdud olan” sözləri ilə, “lal-kar və ya kar” sözləri “nitq-eşitmə və ya eşitmə qabiliyyəti tam məhdud olan” sözləri ilə əvəz edilsin;
1.5. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 4 saylı Əlavə - “Yol nişanları”nın “Vll. Əlavə məlumat nişanları (lövhəcikləri)” qrupunun “7.15 Kor piyadalar” nişanının adında “Kor” sözü “Görmə qabiliyyəti tam məhdud olan” sözləri ilə, “7.17 Əlillər” nişanının adında “Əlillər” sözü “Əlilliyi olan şəxslər” sözü ilə və “7.18 Əlillərdən başqa” nişanının adında “Əlillərdən” sözü “Əlilliyi olan şəxslərdən” sözləri ilə əvəz edilsin;
1.6. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 7 saylı Əlavə “Nəqliyyat vasitələrinin tanınma nişanları”nın mətnində “Kar və ya lal-kar” sözləri “Eşitmə və ya nitq-eşitmə qabiliyyəti tam məhdud olan” sözləri ilə əvəz edilsin.
Maddə 2. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 688; 2000, № 7, maddə 494; 2002, № 8, maddə 464; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 202; 2005, № 10, maddələr 874, 876, 902; 2006, № 11, maddə 927; 2007, № 1, maddə 1, № 2, maddə 82; 2009, № 6, maddə 399, № 11, maddələr 877, 878; 2010, № 11, maddə 944; 2011, № 4, maddə 269, № 7, maddə 611, № 11, maddə 987; 2012, № 6, maddə 519; 2014, № 3, maddə 237; 2016, № 6, maddələr 1012, 1017; 2017, № 12 (I kitab), maddə 2238; 2018, № 2, maddə 146; 2020, № 7, maddə 856; 2021, № 5, maddə 432) 29-cu maddəsinin ikinci hissəsinin beşinci abzasında “qüsurlarına” sözü “pozuntularına” sözü ilə əvəz edilsin.
Maddə 3. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 19; 2001, № 12, maddə 736; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 8, maddə 599, № 10, maddə 787; 2005, № 8, maddə 686; 2006, № 12, maddə 1005; 2007, № 4, maddə 322; 2009, № 7, maddə 517, № 11, maddə 878; 2010, № 5, maddə 375; 2011, № 2, maddə 71, № 6, maddə 478; 2013, № 11, maddə 1272; 2017, № 11, maddə 1977; 2018, № 2, maddə 148, № 11, maddə 2194, № 12 (I kitab), maddə 2487; 2019, № 4, maddə 580, № 12, maddə 1884; 2020, № 7, maddə 856; 2021, № 12, maddə 1308) 8-ci maddəsinin ll hissəsində “qüsurlarına” sözü “pozuntularına” sözü ilə əvəz edilsin.
Maddə 4. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 10, № 6, maddə 414; 2001, № 5, maddə 293, № 11, maddə 687, № 12, maddə 740; 2002, № 5, maddə 241, № 6, maddə 328, № 12, maddə 706; 2004, № 5, maddə 318; 2005, № 4, maddə 281, № 8, maddə 699, № 10, maddə 903, № 11, maddə 993; 2007, № 1, maddə 4, № 2, maddə 69, № 8, maddə 745, № 11, maddələr 1053, 1075; 2008, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 1, maddə 5, № 7, maddə 517, № 11, maddə 878; 2010, № 7, maddə 597, № 11, maddə 938; 2011, № 4, maddə 258, № 12, maddə 1098; 2012, № 10, maddə 946; 2013, № 11, maddə 1271; 2014, № 11, maddə 1353; 2015, № 5, maddə 487; 2016, № 1, maddə 11, № 7, maddə 1243, № 12, maddə 2025; 2017, № 2, maddə 148, № 12 (I kitab), maddə 2236; 2018, № 7 (I kitab), maddə 1388, № 8, maddə 1673, № 11, maddə 2230; 2019, № 1, maddə 22, № 6, maddələr 993, 997, № 11, maddə 1681; 2020, № 8, maddə 1014; 2021, № 2, maddə 116) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 3-cü maddənin üçüncü hissəsində və 7-ci maddənin birinci hissəsinin 11-ci bəndində “qüsurlarına” sözü “pozuntularına” sözü ilə əvəz edilsin;
4.2. 35-ci maddənin dördüncü hissəsində “cismani qüsuruna” sözləri “fiziki çatışmazlığına” sözləri ilə əvəz edilsin;
4.3. 67-ci maddənin ikinci hissəsində “cismani qüsurlarına” sözləri “fiziki çatışmazlığına” sözləri ilə əvəz edilsin.
Maddə 5. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 681; 2006, № 2, maddə 75; 2007, № 1, maddə 5; 2016, № 2 (I kitab), maddə 195, № 12, maddə 2030; 2019, № 11, maddə 1684; 2021, № 6 (I kitab), maddə 547) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 12.1.2-ci maddədə “qüsur” sözü “pozuntu” sözü ilə əvəz edilsin;
5.2. 12.1.6-cı və 12.2.1-ci maddələrdə “qüsurlar” sözü “pozuntular” sözü ilə əvəz edilsin;
5.3. 13.12-ci maddədə “qüsurları” sözü “pozuntuları” sözü ilə əvəz edilsin.
Maddə 6. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1080; 2007, № 8, maddə 756; 2010, № 3, maddələr 171, 172; 2011, № 3, maddə 162, № 7, maddə 617; 2012, № 5, maddə 405, № 7, maddə 653; 2015, № 2, maddə 81, № 11, maddə 1291; 2016, № 6, maddə 1009; 2017, № 3, maddə 329; 2018, № 7 (I kitab), maddə 1419; 2019, № 4, maddə 599, № 6, maddə 989) 38.6.2-ci maddəsində “cəhətdən qüsurlu” sözləri “pozuntusu olan” sözləri ilə əvəz edilsin.
Maddə 7. “Biometrik informasiya haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 603) 1.1.2-ci maddəsində “qüsurlarının” sözü “fiziki çatışmazlıqlarının” sözləri ilə əvəz edilsin.
Maddə 8. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 480; 2014, № 7, maddə 773; 2018, № 5, maddə 856) 9.5-ci maddəsində “qüsurlarının” sözü “fiziki çatışmazlıqlarının” sözləri ilə əvəz edilsin.
Maddə 9. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 714; 2015, № 2, maddə 103, № 10, maddə 1088; 2016, № 2 (I kitab), maddə 191, № 6, maddə 986; 2017, № 7, maddə 1254; 2018, № 3, maddə 390, № 12 (I kitab), maddə 2473; 2020, № 7, maddə 831; 2021, № 8, maddə 902) 4.11-ci maddəsində “qüsurlarına” sözü “pozuntularına” sözü ilə əvəz edilsin.
Maddə 10. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2220; 2020, № 6, maddə 670) 1.0.5-ci maddəsindən “şikəst edilmənin,” sözləri çıxarılsın.

 

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 8 iyul 2022-ci il

Qanunlar 2022-08-19 17:07:00