×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və 2009-cu il 4 dekabr tarixli 930-IllQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 18-ci və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 133, № 5, maddə 312; 2007, № 8, maddə 754, № 11, maddə 1078; 2008, № 8, maddə 709; 2010, № 12, maddə 1056; 2011, № 2, maddə 71; 2012, № 5, maddə 408; 2014, № 2, maddə 86; 2016, № 1, maddə 6; 2017, № 3, maddə 327; 2018, № 1, maddə 8, № 10, maddə 1968; 2019, № 2, maddələr 180, 181; 2021, № 6 (I kitab), maddə 544, № 7, maddə 699) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 35-ci maddəsinin ikinci hissəsinin doqquzuncu abzasında “və ya şikəst olmaları” sözləri “olmaları və ya xəsarət almaları” sözləri ilə əvəz edilsin.
Maddə 2. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 14; 2001, № 3, maddələr 138, 145, 146, 147, № 12, maddələr 731, 745; 2002, № 6, maddə 328, № 8, maddə 464; 2004, № 2, maddə 57, № 11, maddə 886; 2005, № 7, maddələr 576, 588, № 10, maddə 871; 2006, № 4, maddə 312, № 11, maddə 933; 2007, № 8, maddə 756, № 11, maddə 1078; 2008, № 7, maddə 602, № 8, maddə 695, № 12, maddə 1048; 2010, № 6, maddə 482; 2011, № 2, maddə 71; 2015, № 5, maddə 501; 2015, № 10, maddə 1086, № 11, maddə 1250; 2016, № 1, maddə 16; 2017, № 3, maddə 328, № 12 (I kitab), maddə 2207; 2018, № 12 (I kitab), maddə 2488; 2019, № 2, maddə 180; 2020, № 6, maddə 669, № 7, maddə 827; 2021, № 6 (I kitab), maddə 544, № 7, maddə 699, № 8, maddə 897 ) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
2.1. 58-ci maddənin birinci hissəsinin “a” bəndinin dördüncü abzasında “alınan şikəstlik” sözləri “xəsarət” sözü ilə əvəz edilsin;
2.2. 126-cı maddənin dördüncü hissəsindən və 130-cu maddənin altıncı hissəsindən “və ya şikəst olmuş” sözləri çıxarılsın.
Maddə 3. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 12; 2001, № 12, maddələr 731, 736; 2004, № 2, maddə 57; 2005, № 4, maddə 274, № 7, maddə 590; 2006, № 11, maddə 926; 2007, № 1, maddə 1, № 8, maddə 756, № 11, maddə 1078; 2008, № 3, maddə 155, № 8, maddələr 694, 696; 2009, № 6, maddələr 399, 406; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddə 273, № 7, maddə 599; 2011, № 2, maddə 71; 2012, № 11, maddə 1041; 2013, № 2, maddə 93; 2016, № 2 (I kitab), maddə 192; 2017, № 7, maddə 1255; 2018, № 12 (I kitab), maddə 2474; 2021, № 1, maddə 10, № 6 (I kitab), maddə 544, № 8, maddə 902) ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 15-ci maddəsində “qüsurlarına” sözü “pozuntularına” sözü ilə əvəz edilsin.
Maddə 4. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 453, № 12, maddə 731; 2004, № 10, maddə 760; 2005, № 4, maddə 280, № 10, maddələr 871, 872; 2006, № 10, maddə 846, № 11, maddə 927; 2007, № 8, maddə 756, № 11, maddələr 1073, 1081; 2008, № 3, maddə 155, № 10, maddə 882; 2009, № 2, maddə 48, № 6, maddə 399; 2010, № 3, maddə 171, № 4, maddə 273, № 12, maddə 1057; 2011, № 1, maddə 13, № 2, maddə 71; 2013, № 5, maddə 462; 2015, № 5, maddə 489, № 10, maddə 1090; 2016, № 2 (I kitab), maddə 187; 2017, № 3, maddə 342, № 7, maddə 1249; 2018, № 12 (I kitab), maddə 2474; 2021, № 8, maddə 902) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 83-cü maddəsinin üçüncü hissəsində “xəsarət” sözü “xəsarətlə” sözü ilə əvəz edilsin və həmin hissədən “, yaxud şikəstliklə” sözləri çıxarılsın.
Maddə 5. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IllQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 972; 2010, № 4, maddə 273, № 5, maddə 385; 2011, № 4, maddə 271; 2012, № 5, maddə 412, № 11, maddələr 1042, 1050; 2013, № 3, maddə 228, № 12, maddə 1468; 2016, № 6, maddə 985; 2017, № 7, maddə 1256, № 8, maddə 1508, № 12 (I kitab), maddə 2206; 2018, № 3, maddə 391, № 12 (I kitab), maddə 2474; 2020, № 5, maddə 521; 2021, № 8, maddə 902) ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 8-ci maddəsində “qüsurlarına” sözü “pozuntularına” sözü ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyul 2022-ci il

Qanunlar 2022-08-19 17:05:00