×
A
A
A
Sazlamalar

Akademik Rus Dram Teatrında “Kişi, qadın, pəncərə... məşuq” tamaşası nümayiş olunacaq

Bakı, 19 avqust, AZƏRTAC

Sentyabrın 24-də, yeni teatr mövsümündə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında tanınmış ingilis dramaturqu Rey Kuninin “Qarışıqlıq” əsəri əsasında səhnələşdirilmiş “Kişi, qadın, pəncərə... məşuq” adlı tamaşa təqdim ediləcək.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti İranə Tağızadə, rəssamı Aleksandr Fyodorov, musiqi tərtibatı isə Vladimir Neverovdur.
Qeyd edək ki, tamaşa qəhrəmanların aramsız olaraq düşdüyü ekssentrik situasiyalar kaleydoskopuna çevrilir. İngiltərə parlamentinin üzvü ser Uilli beşulduzlu “Vestminster” hotelində nömrə kirayələyir ki, burada ürəkaçan bir axşam keçirsin. Pəncərələri “Biq-Ben”ə baxan 13 nömrəli otaqda gərginliklər məhz həmin rəqəmin ucbatından başlayır.

Mədəniyyət 2022-08-19 15:52:00