×
A
A
A
Sazlamalar

Yay aylarında uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə tədbirlər davam etdirilir

Bakı, 19 avqust, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində uşaqların yay aylarında asudə vaxtının səmərəli təşkili məqsədilə Ağdam, İsmayıllı, Göygöl Uşaq və Ailələrə Dəstək mərkəzlərinin təşkilatçılığı ilə qazi və şəhid övladları, mərkəzlərin fəaliyyətlərindən bəhrələnən aztəminatlı ailələrdən olan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncəli oyunlar keçirilib, parklara və tarixi abidələrə ekskursiyalar təşkil olunub. Həmçinin uşaqlar tərəfindən Azərbaycan folklorunda xüsusi yer tutan milli rəqslərimiz nümayiş etdirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, uşaqların həmyaşıdları ilə birlikdə vaxt keçirməsi onların intellektual və mənəvi inkişafında müstəsna rol oynayır, həmçinin asudə vaxtın səmərəli təşkili onlarda yaradıcı düşüncə tərzinin formalaşması üçün də əlverişli mühit yaradır.
Qeyd edək ki, yay aylarında bu cür tədbirlərin keçirilməsi mütəmadi olaraq davam etdiriləcək.

Cəmiyyət 2022-08-19 13:42:00