×
A
A
A
Sazlamalar

"Mişar-10" qorxu filminin çəkilişlərinə başlanılıb

Bakı, 19 avqust, AZƏRTAC

Məşhur qorxu filmi "Mişar" yenidən ekranlara qayıdır.
AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, “Lionsgate” studiyası 2023-cü ilin Halloween bayramı ərəfəsində tamaşaçılara təqdim olunacaq “Mişar” filminin onuncu bölümünün istehsalına başladığını rəsmən elan edib. Studiya yeni onuncu bölümün süjeti ilə bağlı təfərrüatları hələ ki, gizli saxlayır.
"Biz ekran əsərinin pərəstişkarlarının istəklərini nəzərə alaraq onların zövq alacağı bir film çəkmək üçün çox çalışırıq. İzləyicilər bu dəfə tam fərqli və maraqlı bir film izləyəcəklər. Bu işin ən önəmli məqamı ondadır ki, biz sonuncu bölümün rejissor işini “Mişar-6” filminin rejissoru olan Kevin Qrotertə təhvil vermək niyyətindəyik. Ətraflı təfərrüatlar tezliklə açıqlanacaq”, - deyə prodüserlər Mark Burq və Oren Kouls qeyd ediblər.

Mədəniyyət 2022-08-19 13:15:00